Dadaloğluna
Qalxdı, köç eylədi Əfşar elləri,Ağır-ağır gedən ellər bizimdi.Dadaloğlu
Yerindən oynadı Oğuz elləri,Qismətim köç oldu, ay Dadaloğlu.Barxanam dağıldı, barım talandı,Yurd-yuvam heç oldu, ay Dadaloğlu.
Cığırlar qızardı, izlər qanadı,Qanlı yoxuşlarda dizlər qanadı.Dırnaqlar qanatdı, üzlər qanadı,Yolunan saç oldu, ay Dadaloğlu.
Çar qılınc oynatdı, fərman verdi şah,Gülmədi üzlərə açılan sabah.Nə səndə təqsir var, nə məndə günah,Şeytanda suç oldu, ay Dadaloğlu.
Çağırsam Tanrı da gəlməz karıma,Allah da inanmır beh-bazarıma.Heyif ümidimə, arzularıma,Hamısı puç oldu, ay Dadaloğlu.
Qıpçaq kişiləri, Oğuz bəyləri,Ağüzlü tarixin ağüz bəyləri,İndiki kişilər kağız bəyləri,Son sözü “qaç” oldu, ay Dadaloğlu.
Yaranı vurdular yaranın üstə,Yeriş eylədilər Turanın üstə.Başım nələr çəkdi Quranın üstə,Qənimim xaç oldu, ay Dadaloğlu.
2004, 27 avqust
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-dadalogluna
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Sən güləndə ellərəAl günəşli yaz gəlir.
کسی که از پس احمد روا بود مرسلبزرگوار امیر امام خاقانی است
QarabağSinəmə çəkilən qara dağımdırQara bağrım qanlı Qarabağımdır
Gül kimi yüzüm əgərçi, şadü xəndandur mənümGül kimi yüzüm əgərçi, şadü xəndandur mənüm,Lalə tək bağrımda hər yan daği-pinhandur mənüm.