Daş
Ay daş atan bəxtəvər,Daşın da öz vaxtı var.
Can atma ağzıma qıfıl vurmağa,Sən qıfıl olarsan, haqq açar, bala!Mənim ürəyimdə olan sevgiyə,Bütün qapıları haqq açar, bala!
Daş atma yastığı daş olmuş kəsə,Səsimdən yer gələr, göy gələr səsə.Ayağı altını hər kim görməsə,Başının üstündən haqq qaçar, bala!
Haqqı oda tulla, atəşdə yanmaz,Həqiqət yolçusu yoldan usanmaz.Mən ona aşiqəm, o məni danmaz,Etmişəm sevgimi haqqa car, bala!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-das
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Ağlağan, ey qəmli könlüm, pürğübar ol, sən də bir,Zövqü ləzzət, eyşi-işrətdən kənar ol, sən də bir.
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Ömrümün yağışlı günlərigüzgülü şeirÖmrümün yağışlı günləri başlar,
Küsmüş ruhMəhəbbət alınır, satılır pulla,Ailə qurmaq örtür hər fırıldağı.