Boşuna qoyulmur divara daşlar,Boşuna ucalmır məğrur qalalar.O daşın, divarın içindən keçir,Qaliblər, məğlublar, dərdlər, bəlalar.

Cild-cild kitabların demədiyini,Bəzən daş danışır, divar danışır.Çözülür yaddaşı daş sandıqların,Yaşında, başında nə var danışır.

Yansa da kitablar, kitabxanalar,Nə yaxşı daşları yandırmaq olmur.İnsan vüqarını sındırsalar da,Qaya vüqarını sındırmaq olmur.

Eşitməyi də var, danışmağı da,Nə qaya lal olur, nə daş kar olur.Daşı daş dilində danışdıranda,Hər şey bircə-bircə aşikar olur.

Ölən kim, ölümsüz olan kim olub,Həqiqət kim olub, yalan kim olub.Arxadan kürəyə bıçaq saplayan,Xəbərçi kim olub, çuğul kim olub.Krım deyiləndə, Krım deyəndə,Tarixdə ad qoyan oğul kim olub,Daşlar danışırdı Bağçasarayda.

Yalta, yal ətəyi, Krım yaylası,Çingizoğulların yaylaq yeridi.Ağyar), Yeniqala?, Ağməscid”, Kəfə,

1 Ağyar — Sevastopol

3 Ağaməscid — SimferopolTeymuroğulların oylaq yeriydi.Fateh Məhəmməd də, Sultan Səlim də,Dururdu arxada qara dağ kimi.Osmanoğulların səsi gələndə,Yağı titrəyirdi bir yarpaq kimi.Osmanlı taxtından alıb gücünü,Gəray xan adına pul kəsdirirdi.Şimaldan sərt əsən qara yellərin,Önünü kəsməyə tələsdirirdi.Moskva Krıma vergi verəndə,Düşmən yuxudaydı, ayılmamışdı.Yox idi Pyotr, Yekaterina,Rus bir dövlət kimi sayılmamışdı,Daşlar danışırdı Bağçasarayda.

Qətlə yetirildi Məhməd Gəray xan,Başlandı Krımın qara günləri.Xanların ayağı büdrəyən günü,Bir yasa çevrildi toy-düyünləri.Krım da, Kuban da, Taman da getdi,Sultanlıq yenildi qəddar çarlığa.Ümid də qırıldı, güman da getdi,Bir nöqtə qoyuldu bəxtiyarlığa,Daşlar danışırdı Bağçasarayda.

Krımda tac qoydu Yekaterina,O günü ən böyük bayram elədi.Tutdu məmləkəti dədə malıtək,Türkə türklüyünü haram elədi.O müdhiş tarixin iki rəngi var,Rusun bayramıydı, Türkün yasıydı.Bugünkü qələbə, bugünkü süqut,Taleyin millətə istehzasıydı,Daşlar danışırdı Bağçasarayda...

Krım bir dastandı, bir qəmli dastan,Sevgili, sevdalı, ələmli dastan.Səsi var, qəlbi var, ruhu, canı var,Bu ulu dastanın Yedigey kimi,Şöhrəti Krımdan A ltaya çatan,Tarixə ün salan qəhrəmanı var.Millətin ruhunu diri saxlayan,Həlim Aydamak var, Çora Batır var.Bu qədim torpağın hər qarışında,Türkün əlləriylə haşiyələnmiş,Sonsuz xəzinə var, zəngin yatır var,Daşlar danışırdı Bağçasarayda.

Krım bir dastandı, bir ünlü dastan,Ölümlü, itimli, sürgünlü dastan.Taleyi əllərdən-əllərə düşdü,Dastanı dillərdən-dillərə düşdü.Bu gün də dilini ağı yandırır,Bu gün də qəlbini yağı yandırır.Bütün dodaqların qəmli nəğməsi,Bütün qulaqların qəmli səsi var.Tanrı qələmiylə, Rəbbin əliylə,Çəkilmiş ilahi mənzərəsi var.Dünya gözəlidi başı bəlalı,Ürəyi nisgilli, qəlbi yaralı.Bu gün də gözləri yollara baxır,Öz ulu keçmişim gələcək deyə.Üzmür ümidini öz Allahından,Tarixim üzümə güləcək deyə,Daşlar danışırdı Bağçasarayda...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов