Yanağı allı nəvəm,Dodağı ballı nəvəm.Gül qoxulu, ayüzlü,Mələk misallı nəvəm.Yusif qoydum adını,Yusif camallı nəvəm.

Atamın adı nəvəm,Ağzımın dadı nəvəm.Gəldin, yaxın eylədinQohumu, yadı nəvəm.Ruhumun, varlığımınQolu-qanadı nəvəm.

Sən dünyaya gələndən,Mən daha mən deyiləm,Dönmüşəm sən olmuşam.Fikirli, qayğılıydım,Səni oynağan görüb,Uşaqdan şən olmuşam.Babalar padşahıyam,Qaldırmısan göylərə,Tanrıya tən olmuşam.

Mən qocaman bir ağac,Sən budaqda bar kimi.Paklığın, yumşaqlığın,Təzə yağmış qar kimi.Xoşbəxtəm, xoşbəxt olanBütün babalar kimi!

Gələn gündən dünyayaSaza mehrli nəvəm,Nağıllardan yaranmışSirli-sehrli nəvəm.

Baxış mənim baxışım,Gülüş mənim gülüşüm.Gediş mənim gedişim,Gəliş mənim gəlişim.Eyni ruhdu, bədəndi,Eyni güldü, çəməndi,Məndən sonrakı məndiAğlamağın, gülməyin,Şirin söz eşidəndəBal kimi süzülməyin.Ruh kimi oynamağın,Qan kimi qaynamağınMənim körpəliyimdi,Mənim uşaqlığımdı.Mənim həlimliyimdi,Mənim yumşaqlığımdı.Şirin layla, oxşama,Kövrək bayatı nəvəm!Allahın möcüzəsi,Haqqın sovqatı nəvəm!

2007, 28 noyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов