Vur-tut, bu dünyada bir ömrümüz var
Vur-tut, bu dünyada bir ömrümüz var,O da küləklərlə sovrulub gedir.Qışın şaxtasında üstə yağır qar,Yayın alovunda qovrulub gedir.
Xal düşür ürəyə, od yağır başa,Ağrıya, acıya veririk onu.Qohuma, qonşuya, dosta, yoldaşa,Qardaşa, bacıya veririk onu.
Bir əli bir başa çatdırmaq olmur,Bir işi görürsən, min işin qalır.Qaşın çatılanda canın sağ olmur,Yoxuşu qalxırsan, enişin qalır.
Ayları, illəri sovurub göyə,Xəstə dolanırıq, xəstə gəzirik.Ömür şüşə kimi qırılar deyə,Ağır yeriyirik, asta gəzirik.
Yüz də iç dərmanı, ömrə nə xeyri,Ağrı başımızın tükü qədərdi.Qəddimiz bükülü, belimiz əyri,Qayğılar dağların yükü qədərdi.
2002, 26 yanvar
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-vur-tut-bu-dunyada-bir-omrumuz-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bir qaranlıq gecəydi, tutmuş idi –Vətənin, millətin səhərlərini,
Mürəbbə: Nə fəğan eylərsən, ey dəli könülNə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.
Reyhan ilə deyişməReyhan*İki aşıq bir meydanda tapılsa,
Hicrində, ey bağı, tökünüb tabu-taqətimHicrində, ey bağı, tökünüb tabu-taqətim,Gündən-günə ziyadə olub, dərdi-möhnətim.