Bizə gəldi
Axşamüstü alagözlü bir gözəl,Gətirdi əlində pay, bizə gəldi.Baxdım camalına, qamaşdı gözüm,Sandım bədirlənmiş ay bizə gəldi.
Günəşdən ötgündü göyçək camalı,Dəryadan dərindi ağlı, kamalı.Bəyaz buxağına zinətdir xalı,Qaşı ox, kirpiyi yay, bizə gəldi.
Qondu o gözələ könlümün quşu,Görənin az qalır məhv ola huşu.Can alır ceyrantək nazlı duruşu,Hüsnü Züleyxaya tay bizə gəldi.
1968, 7 aprel
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-bize-geldi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dünya bir bulaqdı, qaynar bir bulaq,Su qalar, gözündən içib gedərəm.
Gecikmiş etirafDünyanın gözəl yerlərini gördükcə zor və silah gücünə*əlimizdən alınan gözəlliklərin itkisi məni dəhşətə gətirir*
Ölüm məndən vaz keçdiZaman axdı aramsız,Bahar gəldi, yaz keçdi.
Yetimlikİnsan təkcə atadan,Anadan yetim olmur.
Стихи других поэтов · О мудрости
Nə qədər ağlasan ağla! Ki sənin ağlayışın,Bu qaranlıq gecə içrə əriyib məhv olacaq,
Канз аль-хакайик, глава 27دو چشمست آدمی را بی ضرورتبرای دیدن معنی و صورت
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
Gərək...Qoca təbiətin qanunu çoxdur,Bilinmir hesabı, bilinmir sanı,