Dedim
Yolumdan saxladı bir gözəl məni,Ovsundu ya gözlər, ya xallar, dedim.Yetər təbiətin özü verdiyi,Nə lazım üzünə yax allar, dedim.
Çoxdu qəlbin yandıranı, yaxanı,Ol eşqimin ya sultanı, ya xanı.Aşiqi yandırıb, açma yaxanı,Səni də yandırıb-yaxallar dedim.
Deməsinlər ağa qara yamandı,Qoy desinlər sevdiyi qız yamandı.Göz-qulaq ol, dilə düşmək yamandı,Nahaqdan bir ləkə yaxallar dedim.
1972, 17 sentyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-dedim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yüz ildi qar yağır, tufan gəlirmiş,Qışı görməmişəm mən başıdaşlı.
Şair ömrüŞair olan öz ömrünü yaşamır,Dərdin, qəmin bol ömrünü yaşayır.
DoğulduQadın ağrı çəkdi, anaya döndü,Köksündə müqəddəs dilək doğuldu.
Şeytana uzağam, Allaha yaxınMənim içərimdə od var, haray var,Gündüzlər Günəş var, gecələr Ay var.
Стихи других поэтов · О любви
Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənə,Təqafül etmə, baxar kəc bu ruzigar sənə.
Eşqə könül verməyən cananı qıymaz banaEşqə könül verməyən cananı qıymaz bana,Bəlləgini tərk edüp, qal ilə gəlməz bana.
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
Məlahət gülşənində bir güli-həmrayə həsbəndəmMəlahət gülşənində bir güli-həmrayə həsbəndəm,Fəsahət kişvərində bülbüli-şeydayə həsbəndəm,