Bilmirəm
Olan olub, tutduğuma peşmanam,Məni yaxın yar alarmı, bilmirəm?Təzələyib bir aldığım yaranı,Bir də üstdən təzələrmi, bilmirəm?
Öz əlimlə kökdən saldım telimi,Sevinərmi yar ağ görsə telimi.Sızıldayan ürəyimin telimi,Göz-göz olan yaralarmı, bilmirəm?
Ya eşqini imtahan et, ya sına,Gəl bürünmə bir sevginin yasına.Ay Zəlimxan, ya kövrələ, ya sına,Sınıq könlü yar alarmı, bilmirəm?
1972, 16 aprel
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-bilmirem-5
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yarıb çıxıb cövhərindən, canından,Dodağında istilənən sətirlər.
Bir az torpaq, bir az Vətən canımızVaxtsız əcəl qapımızı tanıyıb,Yaxamıza əl uzatmaz olaydı.
Zaman adlı yumruğu var dünyanınQış vaxtında budaqlarda bar qalmaz,Əncir nədi, alma nədi, tut nədi?
Ozan oldum, ozanlara qarışdımTale məni bir söz üstə köklədi,Ozan oldum, ozanlara qarışdım.
Стихи других поэтов · О любви
Dilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Şe’r və məhəbbətŞadam səri-kuyində nikahban ola bilsəm,Bir dəm hərəmi vəslinə mehman ola bilsəm.
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
BismillahQaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah