Onda
Rəva görmə, odum keçə, kül qala,Kül olsam, oduna nə yanar onda.Sevgi yoxsa, çırpınanda ürəyin,Nəyi yada salar, nəyanar1onda.
Məni oda qalasan da, qan qala,Gül-çiçək ol, gəl bənzəmə qanqala.Yaralasan, çətin məndə qan qala,Nə qəlbim alışar, nə yanar onda.
Sinənin üstünə biri sinəndə,Yar yarla bir yanıb, bir isinəndə,Biri üzdə olsa, biri sinəndəNəyə lalə deyim, nəyə nar onda.
1972, 10 iyun
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-onda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Böyük ziyalımız, ağsaqqal alimimiz, müdrik dostum*İmam verdi Əbilovun əziz və istəkli nəvəsi Əbil Əbilovun*
Köhnə kişiXalq yazıçısı İlyas Əfəndiyevin*ruhuna bağışlayıram*
Azərbaycan bayrağıRuhdan, candan, imandan,əqidədən yoğrulan,
GözəlsənQoşa xəlq eyləyib Yaradan sizi,Dünya da gözəldi, sən də gözəlsən.
Стихи других поэтов · О любви
Yoxdur aləmdə bir aşiq kim, ola kami rəva,Gər olub, aşiq degil, aşiqdir kami narəva.
Ay gözəl-gözəlYer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.
Gözlərin kim aşiqə məxmur şəklin göstərirGözlərin kim aşiqə məxmur şəklin göstərir,Əhli-fəqrə mərdümi, məğrur şəklin göstərir.
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.