Dağlar
Qış keçəndə yağar yazın yağışı,Qarışar axına, haraya dağlar.Sellərin səsindən ayağa qalxar,Çağırar aranı haraya dağlar.
Qanadı altında qar tala-tala,Sənsən, layiq deyil qartala tala.Əriyər sinəndə qar tala-tala,Çəkər dərələrin haray, a dağlar.
Dillənsə yanında telli saz, ya tar,Tellər layla çalar, qayalar yatar.Qayalar dillənər, qayalar yatar,Harayın yetişər haraya, dağlar!
1972, 14 iyun
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-daglar-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir səs qulağıma “hardasan?” — dedi,“Ey səsin sahibi, burdayam”, — dedim.
TanrıdıSəni nə zamandı görmürəm deyən,Məni zərrə-zərə görən Tanrıdı.
Aşıq ədalət dəlidağlıyaKönül bazarında qızıl xırdala,Ləl apar, ləl apar, ay Dəlidağlı.
Qəbirdən gələn səsDünyada ən rahat yerqəbir evidir, ancaq
Стихи других поэтов
İki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
Özgə dərdi– İnsanı tez qocaldar dünyada özgə dərdi, –Hələ uşaq yaşımdan anam mənə deyərdi:
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.