Yarı
Yaxın gəl, qadanı yar alsın sənin,Nə qədər istəsən yarından yarı.Qara keşiş təki qaralsın qanı,Hər kəs ayrı salsa yarından yarı.
İnsanlıq eləyər, qanandı, sayar,Şirin can sadağa, qanandısa yar.Yaxşılıq qazanar, qanandısa yar,Kəsər tikəsini yarınnan yarı.
Aylar keçdi, illər gəldi, nə yaxşı,Nə Əslisən, nə Leylisən, nə Yaxşı.Yadın sənə nəyi yaxşı, nə yaxşı,İstə, istəyəndə yarından yarı1.
1972, 16 sentyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-yari
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Səbr qıl qürbət əra möhnətü hicranə, könül,Bir də müşkül yetə əl daməni-cananə, könül.
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,
GörmüşəmGözəllikdə sən təki pəri tapılmazMən Misri, İslambulu, Şamı görmüşəm
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir