Gəldim hüzuruna, ay çiçəkli dağ,Dolandım qoynunda mən dönə-dönə.Gəzdi saçlarımda səhərin mehi,Hərləndi başıma çən, dönə-dönə.

Sənə vurğun olmaq adətdi məndə,Gərək sevgisinə qul ola bəndə.Hər bulaq başında, hər göy çəməndə,Qurdun məclisimi sən dönə-dönə.

Zəlimxan istər ki, xəyala varsın,Fikrinin gücüylə dağları yarsın.Sənin qarın kimi, birdən ağarsın,Düşməsin saçıma dən, dönə-dönə.

1972, 8 may

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе