Haqq verən fərmanla gözəldi dünya
Məcnunu olmayan səhra yazıqdı,Yunusu olmayan dərya yazıqdı,İnsanı olmayan dünya yazıqdı,İnsanla, insanla gözəldi dünya.
Köhlən at da verdi, meydan da verdi,Dərdi verən kişi dərman da verdi.Doğuma, ölümə fərman da verdi,Haqq verən fərmanla gözəldi dünya.
Min könül açılar bir xoş avazla,Təbiət gəncləşər baharla, yazla.Bir şirin nəfəslə, bir telli sazla,Bir də Zəlimxanla gözəldi dünya.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-haqq-veren-fermanla-gozeldi-dunya
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey xudanı fikr edən, gəl kuhsarın fikr qıl,Gunə-gunə tər şükufə, laləzarın fikr qıl!
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,