Şair qəlbi bütöv olmaz,yüz yerindən çatları var.Daşıdığı qayğılarındərin-dərin qatları var.

Ruhu təmiz, eşqi böyük,yolu uzun, ömrü qısa,Yerdə durmaz, göyə sığmaz,çırpınan qanadları var.

Şair hər gün şair olmur,gündə bir kitab yarada,İlhama, Tanrıya bağlıanları, saatları var.

Bir əsəri başladısa,Allah! Allah! – deyər dili.Bir kitaba nöqtə qoysa,haqqa hesabatları var.

Uca şeiri yaradanlaryeri göyə bağladılar.Yaradana yaxın olanimzaları, adları var.

2003, 27 aprel

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви