Başım üstdən böhran keçdi,Sözüm səni çapar, dedim.İtirsən də ilim-ilim,Məni şeirim tapar dedim.

Lap olsan da oddan betər,Gələ bilməz mənə xətər.Tək ilhamım, eşqim yetər,Nəyim varsa apar, dedim.

Yaxşı düşün şair haqda,Bir nəğmədi min dodaqda.Kök atmışam bu torpaqda,Hünərin var qopar, dedim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов