Dəyərmiş
Ey gözəl, qədrini niyə bilmədim,Deməli, aramız belə dəyərmiş.Üzülüb əllərim sənin əlindən,Özgə bir yanağa, ələ dəyərmiş.
Neyləsin iradə, neyləsin dözüm,Günahkar bu yerdə özüməm, özüm.Baxdım çəmənliyə, aldandı gözüm,Rəngin min çiçəyə, gülə dəyərmiş.
Daşlara dağıldı harayım, ünüm,Bir də qovuşmağa yoxdu mümkünüm.Sən demə, səninlə bir keçən günümAnlayan yanında ilə dəyərmiş.
1973, 15 fevral
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-deyermis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu dağların qoynunda yaşıl bir kənd varıydı,Əlvan saray, güllü bağ, gen aynabənd varıydı.
Qaçqın çadırında bir qız ağladıİmamverdi İsmayılova*Qaçqın çadırında bir qız ağladı,
ArzuDəlib-deşir ürəyi dərd ürəkdə qalanda,Dərdləşmək gözəl işdi, dərdini duyan ola.
GedəsənYatma bu yollarda, yolçu qardaşım,Gərək bu yerləri görüb gedəsən.