İnsan oğlu tez qocalar,Vaxtsız ağarar başı.Canı-dildən sevdiyi yarÖzünə tay olmasa!Kür uşağa ana gərək,Yatırda laylasına.Sellər dağda mələr qalarAnası çay olmasa!

Gərək haqqın, həqiqətinÖzü sənə yar ola.Harda bağlı qapı görsənYox yerdən açar ola.Yüz deyəsən varım olsun,Çox çətin ki, var ola.Təbiətin sidq-ürəkləVerdiyi pay olmasa!

Kəpənəkçi BorçalıdaƏn böyük kəndim mənim.O torpaqdan qüvvət alıbDağılmaz bəndim mənim.Zəlimxanam, şirinlikdəŞəkərim, qəndim mənim.Əllərim bir yana çatmaz,Ondan haray olmasa.

1972, 21 noyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви