Dağların laləsi yanağındadı,Qarı xəcil eylər yar, ağın sənin.Çıxanda asta çıx el arasına,Nahaq qan axıdar yarağın sənin.

Sinəsini əlli yerdən yarsalar,Çətin yarı nəzərindən yar salar.Yenə səni yada salsa, yar salar,Qeyrisi qaraldar yar ağın sənin.

Əgər istəsən ki, alasan canı,Çətinlik nə gərək, al asan canı.Zəhərli iynədi, ala sancanı,Aşiqə şəkərdi, yar, ağın sənin.

1972, 22 noyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви