Gözü, könlü intizarda,Qəlbi köynəkdə saxlama.Qılınc qında pas atmasın,Sazı köynəkdə saxlama.

Səsin varsa, qaldır zilə,Endirib pəsdə saxlama.Tor-top olar, uça bilməz,Quşu qəfəsdə saxlama.

Dara düşüb, dardan qurtar,İgidi darda saxlama.Burax əldən cilovunu,Fikri cidarda saxlama.

Ürəyini deşə bilər,Sözü ürəkdə saxlama.Gücün çatmır, tulla getsin,Yükü kürəkdə saxlama.

Öp günəşi zərrə-zərrə,Fürsəti Aya saxlama.Bəlkə, heç Ay görünmədi,Vaxtı sonraya saxlama.

Qıfıl, zəncir, buxov, qandal,Parçala, canda saxlama.Azadlıq ver arzulara,Ruhu zindanda saxlama!2001, 3 yanvar

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов