Düşdü
Gülə döndüm, güllər kimi açım dedim,Yaz olmamış payız gəldi, sazaq düşdü.Ağac oldum, yeri-göyü qucaqladım,Budağımdan gündə neçə yarpaq düşdü.Kitab kimi öz ömrümü varaqladım,Kötüyündən silkələndi, varaq düşdü.Dedim, durum saçlarıma sığal çəkim,Telim getdi, əllərimdən daraq düşdü.Mən dünyaya gör nə qədər yaxın oldum,Dünya məndən gör nə qədər uzaq düşdü!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-dusdu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Zəlimxan Yaqubun çoxdu cəzası
Borçalıda olan dostum*Səttar müəllimin dilindən*
QocaBir qocaya baxıram,Alnında saysız qırış.
Ulu dünyaSaz üstə köklədin məni,Ozan oldum, ulu dünya!
Xəstəxanada yatan bacının qardaşa giley məktubuSənə məktub yazıram, gözümün nuru qardaş,Mənim ata yurdumun ocağı, qoru qardaş.