Borçalıda olan dostumSəttar müəllimin dilindən

Borçalı sazından yaradıb onu,Ellər avazından yaradıb onu.Çiçəklər çevrilib naxışlarına,Çeşmələr nur verib baxışlarına.“Cəngi”lər səslənib qulaqlarında,“Misri”lər od olub dodaqlarında.Zirvəylə danışıb qartal dilində,Meşəylə danışıb maral dilində.Görünüb ellərin yığnaq yerində,Köz olub, alışıb ocaq yerində.Yurda dinim deyib, imanım deyib,Torpağa ümidim, gümanım deyib.Hər gün bizim olub, bizlərnən olub,Hər gün bu dağlarnan, düzlərnən olub.Xeyli var gəlişi yaman seyrəlib,Unudub şadlığı, unudub yası.Gəlib günahını yuya bilməsə,Zəlimxan Yaqubun çoxdu cəzası!Burda heyran oldu Aya, ulduza,Burda könül verdi gözəl bir qıza.Burda vurğun oldu dağa, arana,Gah bürküyə düşdü, gah da borana.Quş kimi dağların çiyninə qondu,İstidə isindi, şaxtada dondu.Burda nəğmələrin dilinə döndü,Burda pərdələrin telinə döndü.

Burda qanad verdi xəyallarına,Məclisin şirini, söhbətin xası,Bir də o məclislər təzələnməsə,Zəlimxan Yaqubun çoxdu cəzası!

Gəlir səs-sədası qulağımıza,Səsi neyləyirik, özü görünsün.Öz ata yurdunda bir bina qursun,Bir ocaq qalasın, közü görünsün.Həmişə əsəndə ağ yellər əsmir,Hərdən qara yelin əsməyi də var.Soyuq baxışların cəllada dönübQapının ağzını kəsməyi də var.Bax onda görünsün gözlərimizə,Girsin qapımızdan şad xəbər kimi.Açaq sinəsini biz varaq-varaq,Oxuyaq ən yaxşı bir əsər kimi.Gəlsin Borçalının haqq şairləri,Deyişmə meydanı qurulsun yenə.Ataq çiynimizdən dünya qəmini,Ruhlar çeşmə kimi durulsun yenə.Açılar eynimiz dost məclisində,Gəlsə qulaqların tökülər pası.Gəlməsə, görməsə küssün özündən,Zəlimxan Yaqubun çoxdu cəzası!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов