Həyəcan
Ürək yazıq neyləsin!Əbədi yükə dönür bir anın həyəcanı.Dərin dərələr salır, qara yarğanlar açır,Zəlzələnin, zərbənin, tufanın həyəcanı.Dərddən betər öldürür xəstənin ümidini,Gəzdikcə tapılmayan dərmanın həyəcanı.Ağrı külək, ömür şam, əsən kimi söndürür,Zamanlara sığışmır zamanın həyəcanı.Qanlı təpə, qanlı düz, qanlı meydan görmüşük,Getməz gözdən, könüldən bu qanın həyəcanı.Bitib-tükənən deyil ömrün sonuna qədər,Duyan, görən, düşünən insanın həyəcanı!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-heyecan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,
İmirlu Əmir Aslan haqqında söylədiyi həcvAğlının qan Cavanşir Əmir Aslan gəlirMərd ü mərdanə olub azim meydan gəlir
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm