Ağrılar
Qardaş, ürək polad deyil,Qardaş, ürək dəmir deyil.Biz çəkəni it çəkməsin,Ömrümüz bir ömür deyil.Bir az candı, bir az nəfəs,Bir az ruhdu, bir az qəfəs.İnsan oğlu necə dözsün?Qaya deyil, mamır deyil.Baş qaldırır min ağrının,Min təlaşın ağrıları.
Dərd əlindən açmaq olmur,Ürəkləri qəm yandırır.Kirpikləri yaş isladır,Yanaqları nəm yandırır.İnsanı baş-başa verib,Zülm ilə sitəm yandırır.Min ürəyə zərbə vurur,Bir insanın gözlərindən,Axan yaşın ağrıları.
Yük götürdüm, qəm yüklədim,Dərd daşıdım, kədər çəkdim.Bəlkə də lap nahaq imiş,Çəkdiyimi hədər çəkdim.Qardaş, nələr çəkmişəmsə,Qırx altıya qədər çəkdim.Hələ mənə tanış deyil,Əlli yaşın ağrıları.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-agrilar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Barilahim qismət etmişYaxşı yoldaşlan məni,
İrişdi vəqt ki, fəsli-xəzani-nahəmvarİrişdi vəqt ki, fəsli-xəzani-nahəmvar,Qıla xünək hərəkatın müzahimi-əşcar.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Dinsizlik özü də bir dindirDinsizliyi tərvicdən əl çəkmədim əsla,Zira məni hürriyyətə sövq etdi bu sevda.