Səni od yandırdı, Əsli dağladı,Mən suyun odunda yandım, ay Kərəm.Allahım, vallahım çıxdı yadımdan,Yeri də, göyü də dandım, ay Kərəm.

Alışan odlara dil olmaq nədi,Dərdin havasında zil olmaq nədi,Mən indi bildim ki, kül olmaq nədi,Ah çəkib, adını andım, ay Kərəm.

Zəlimxan neyləsin, qismətdə qəm var,Gözdə qığılcım var, kirpikdə nəm var.Niyə sazımızda “Yanıq Kərəm” var,Yanmaq nə deməkdi, qandım, ay Kərəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов