Ürəyi yoxdursa, ölüdür şair
Gözümü yumuram, qəlbin gözüyləBöyük dünyalara göz açmaq üçün.Gözümü yumuram, qəlbin diliyləUlu dünyalardan söz açmaq üçün.
Gözümü açanda özgələşirəm,Gözümü yumanda özüm oluram.Ancaq öz içimə güvənəndə mən,Bərəkət oluram, dözüm oluram.
Ürəyin gözünü bağlı saxlasam,Lal olar qəlbimin dili, danışmaz.Ürəyi yoxdursa, ölüdür şair,Heç zaman diriylə ölü danışmaz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-ureyi-yoxdursa-oludur-sair
Клавиши ← → для перехода, R — случайное стихотворение