Gətirrəm
Qəlbindən keçəni gizlətmə məndən,Nə desən, gözümün üstə, gətirrəm.Bir gülün eşqinə min gül bağlaram,Dərib çiçəkləri dəstə gətirrəm.
Axtarıb dayazı, gəzib dərini,Seçib gövhərini, tapıb zərini,Dünyanın ən gözəl nəğmələrini,Zildə haraylaram, pəsdə gətirrəm.
Haqqın peyğəmbəri dindən ötrüdü,Tanrının tarlası dəndən ötrüdü,Allah nə veribsə, səndən ötrüdü,Mən də öz sevgimi səsdə gətirrəm.
Gözüm nura baxar, könlüm işığa,Zəlimxan heyrandı bu yaraşığa.Çevrilləm ozana, dönnəm aşığa,Dünyaya təzə bir bəstə gətirrəm.
1998, 16 mart
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-getirrem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Huş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Gəraylı: Məni eşqə salan dilbərMəni eşqə salan dilbər,Sən ha belə deməmişdin,
NigarEşq olsun o titrək baxışlarındaAçan çiçəklərə, açan güllərə.
Müşevveş kıldı zülfini sabâ yili sehergâhınMüşevveş kıldı zülfini sabâ yili sehergâhınGel imdi bulasın anda çerâğ ile bu gümrâhın