Məhəbbətimiz
Sutək hər çuxura axan deyiləm,Axsam, bir ürəyə axacağam mən.On gözlə on yerə baxan deyiləm,Sənin gözlərinə baxacağam mən.
Sevgimə göz yumma, kor qalar eşqim,Sıxma kirpiyini, yaş düşər, gülüm.Sənsiz kim yaşadar ürəyimi, kim,Üzük taleyimdən qaş düşər, gülüm.
Gün var ki, mənası bir ilə əvəz,İl var ki, bəxş edər sənə yüz ömrü.Hələ insan nədir, daş da istəməz,Sevgisiz həyatı, könülsüz ömrü.
Nələr çəkdiyimi bilmək istəsən,Doğma ürəyinə cala qəlbimi.Sənə də, mənə də ağ gün istəsən,Sonra tonqal kimi qala qəlbimi.
Orda hənirtiyə yaxşı qulaq as,Dinlə, səninləyəm deyən eşqimi.Kül olsa, bir daha yandırmaq olmaz,Köynəyi alovdan geyən eşqimi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-mehebbetimiz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Mən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
BülbülQalxıb havadən gedirsənDolanırsan bağı, bülbül
Nəvayi-aşiqanəYaran, bahar mövsümüdür, aşiq olmalı!Canan yolunda ölmək üçün şaiq olmalı!
Ey dil, barı meyxanə sarı bir güzər eyləEy dil, barı meyxanə sarı bir güzər eyləGör məstlərin haləti-vəcdin, nəzər eylə.