Baxtımız haraydı, ündü,Ən ağlamalı gündü,İçimdə bir düyündü,Qəbrə apardığım sirr.

Daşa dəymiş oxumdu,Haram olmuş yuxumdu,Cücərməz bir toxumdu,Qəbrə apardığım sirr.

Dərdim şişər, fil olar,Ölümüm qəbir olar,Məzarda qıfıl olar,Qəbrə apardığım sirr.

Göz yaşım bilməz nədir,Başdaşım bilməz nədir,Qardaşım bilməz nədir,Qəbrə apardığım sirr.

Çörək olub yeyilməz,Paltar olub geyilməz,Allaha da deyilməz,Qəbrə apardığım sirr.

2004, 28 iyul Truskavets

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти