Nənələr yaşayır nəvələr üçün
Qocalmaq istəmir qoca dünyada,Qızı ərə gedir, oğlu ər olur.Əziz günlərini gətirir yada,Arzular könlündə bir şəhər olur.Qapını kəssə də ömrün axşamı,Can qoyur işıqlı bir səhər üçün.Çoxalır qəlbinin istəyi, kamı,Nənələr yaşayır nəvələr üçün.
Nağılı, dastanı dönür kitaba,Layla dodağında bərəkət tapır.Ağ gün inci kimi düzülür sapa,Saçının ağında bərəkət tapır.Birdimi, beşdimi arzunun adı,Uzadır ömrünü eh, nələr üçün?!Körpəlik, kövrəklik iki dünyadı,Nənələr yaşayır nəvələr üçün.
Ağız şirinliyi, könül şadlığıMənim şöhrətimdi, səsimdi deyir.Bir qulaq dincliyi, can rahatlığı,Bir körpə gülüşü bəsimdi deyir.Güvənir həyatdan umacağına,Yaşamır nə sərvət, nə də zər üçün.Günəşi ensə də qürub çağına,Nənələr yaşayır nəvələr üçün.
Gəlin baxışından, oğul gözündənXoş ilıq gözləyir, ülfət istəyir.Gələn əcəlin də çıxmır sözündən,Bir nəvə toyluğu möhlət istəyir.Əlləri çatmasa arzularına,Yır-yığış eləyir bir səfər üçün.Dönür dağ ömürlü zirvə qarına,Nənələr yaşayır nəvələr üçün.1977, 7 mart
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-neneler-yasayir-neveler-ucun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Oxucularla görüşlərin birində mənəbelə bir sual verdilər:“İlham sizin üçün nə deməkdir?”
YaratdıƏllərimin içindədir gözümün yaşı,Tanrı məni yaradanda kövrək yaratdı.
AparandaYaylığım gözümdən betər ağlayır,İnsan gözlərini yaş aparanda.
LövhəQapqara torpağın qadasın alım,Səpdiyim toxumlar yamyaşıl oldu.
Стихи других поэтов
Nə zəxmi-qəmzəsi, nə tiri-dilsitanımdır,Salan bu rəngə məni çeşmi-xunfəşanımdır.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.