Yenə közə döndü bağrımın başı,O günlər yadıma kaş düşməyəydi.Qara gilələrdən al yanaqlara,Süzülüb bir damla yaş düşməyəydi.

Bir eşqim var idi, bulaqdan duru,Qurudu, axırda oldu qupquru.Sənin gözlərindən həyatın nuru,Mənim üzüyümdən qaş düşməyəydi.

Qəlbim gənc olaydı, saçlarım şəvə,Gəzəydim dünyanı mən sevə-sevə.Nolaydı, Zəlimxan, qurduğun evəTaleyin əlindən daş düşməyəydi.

1972, 27 noyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов