Düşüb
Ölüm yatağında bir qarı gördüm,Solmuş bir çiçəkdi, budaqdan düşüb.Boylanmaq istəyir, göz aça bilmir,Ağrılar canına sazaqdan düşüb.
Təsəlli ləngitmir, dayaq saxlamır,Gedirsən mənzilə, ayaq saxlamır.Nişan üzüyünü barmaq saxlamır,Gəlinlik sırğası qulaqdan düşüb.
Toxunmur xalısı, daranmır yunu,Görünür gözünə dünyanın sonu.Qalıb urvalığı, qurtarıb unu,Asılmır, qazanı ocaqdan düşüb.
Kəmər kənardadı, beldən ayrılıb,Daraq toz içində, teldən ayrılıb,Ən gözəl söhbəti dildən ayrılıb,Ən şirin nəğməsi dodaqdan düşüb.
Yağıb saçlarına qar dənə-dənə,Bələnib dumana, bürünüb çənə,Qışın pəncəsində çırpınır nənə,Baharın qədəmi uzaqdan düşüb.
Dağ aşır, düz keçir ömrün yolları,Əyilir sabahdan axşama sarı,Ömrün səfərini bitirir qarı,Güzarı yenə də torpaqdan düşüb!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-dusub
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Salonlar görmüşük biz, buz nəfəsli salonlar,Bir nakəsi mədh edib, öyüblər, əl çalmışıq.
Sandal gəmiyə döndüYelkənim açılır, qara yel, əsmə,*Mənim bu dəryada bir sandalım var!*
Qoruyun insanlarıKəlməsindən bal damar dili ballar içində,Özü də müdrikləşər ağsaqqallar içində,
AğrıNələr çəkdik dünya sənin əlindən,Sinəmizin düyünü çox, dağı çox.
Стихи других поэтов
Şah-ı Mərdan didi şîr-i nər bənəmKim günəşdən dünyada əẓhər bənəm
Bu çöldə, bacı, möhnəti-hicran sənin olsunBu çöldə, bacı, möhnəti-hicran sənin olsun,Ağlar göz ilə zülfi-pərişan sənin olsun.
Mənzumə: Gənə bilmirəm bu nə güftardırGənə bilmirəm bu nə güftardırNə rəsm ü nə ayin kirdardır
Gəraylı: Fələk, sənə nə adətdirFələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,