Elə bil cənnət quşudu
Bu qız mənə tanış gəlir,Od alıb, şimşək geyinib.Yandıracaq yeri-göyü,Alovdan köynək geyinib.
Nə sıx, nə də gen biçilib,Tül bədənə tən biçilib.Paltarı güldən biçilib,Əyninə çiçək geyinib.
Uçan şairin huşudu,Canı alan duruşudu.Elə bil cənnət quşudu,Elə bil mələk geyinib.
2004, sentyabrCenevrə
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-ele-bil-cennet-qusudu
Клавиши ← → для перехода, R — случайное стихотворение