Çaldım öz havamıbir kitab üstə,Dil verdim sazıma,ƏlhəmdülillahlHaqqın özü vurdunaxışlarınıXəttimə, yazıma,Əlhəmdülillahl

Nurlandım işıqda,yandım ocaqda,Söz canda isindi,dua dodaqda.Qələm də, dəftər də,şam da, çıraq daDözdülər nazıma,Əlhəmdülillah

Sözümü eşq dedi,məhəbbət dedi,“Sevgi — hərəkətdi,hərəkətl” dedi,Tanrım, nə yazdımsa“bərəkət” dedi, —Çoxuma, azıma“Əlhəmdülillah”

Ruhum ipək oldu,duyğum tül oldu,Sirdaşım sirr dolubir könül oldu.Eşqim qönçələndi,qönçəm gül oldu,Gül açan yazımaƏlhəmdülillahl

Məndən salam olsunulu dərgaha,Tapındım Tanrıya,yetdim Allaha.Ölsəm də bir zərrədərdim yox daha,Çatdım murazıma,Əlhəmdülillah

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов