Gedən millədən gedir
Evdən gedən elin deyil,eldən gedən millətindi,Bu gün köçüb gedən kişiulu bir millətdən gedir.
Doğulduğu məmləkətdəbir gözəllik yaratmışdı,Nəyi varsa burda qalır,cənnətə cənnətdən gedir.
Allah onu ən ilhamlıçağlarında xəlq elədi,Xaliq bilir, gedən oğulxalq adlı xilqətdən gedir.
Dəfələrlə dik baxmışdısərt ölümün gözlərinə,Söhbət bu gün ölümdən yox,əsl cəsarətdən gedir.
Şairlərin nəfəsiydi,rəssamların rəngi-ruhu,Özü bütöv millət idi,o, milli sərvətdən gedir.
Səksən ildə bircə dəfəəyilmədi, bükülmədi,O, milli qəhrəmanlıqdan,əsl qətiyyətdən gedir.
Tale onu göndərmişdibizlərə bir qismət üçün,Halal süddən, halal kökdən,halal bir qismətdən gedir.
Bir sözündə dolaşmadı,bir cümləsində çaşmadı,Gedən sərvət möcüzədən,sehrdən, heyrətdən gedir.
Mən kiməm ki, qələmimləverəm onun qiymətini?Söhbət burda zaman verənən böyük qiymətdən gedir.
Bu, ötəri kədər deyilbeş gün çəkib ayrılasan,Söz amansız ayrılıqdan,ən böyük həsrətdən gedir.
O gələndə dağ sevinər,daş gül açar, düz gülərdi,Nə itirir yurd itirir,gedən təbiətdən gedir.
Layiq idi ən ilhamlışairlərin sözlərinə,“Nemətsə də gözəl şeir”,ən şirin nemətdən gedir.
Rəhminin də, zəhminin də,fəhminin də yeri vardı,O, ən düzgün bir ölçüydü,əsl ləyaqətdən gedir.
Çox üzülmə, Vətən oğlu,gedən sənsən, qalan odur,O dayanıb öz yerində,gedən cəmiyyətdən gedir.
Tarixlərin yaddaşındazaman-zaman qalan səsdi,O nə torpaqdan ayrılır,nə əbədiyyətdən gedir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-geden-milleden-gedir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Düz yoldasanl (Doğru yol üzrə göndərilənpeyğəmbərlərdənsən. Allahın əsl tövhid dini
Rəsmində rəsmimizi yaşadan sübhan nədir?İlk salamı ilk dəfəkim verdi mələklərə,
Peyğəmbərin ürəyiAğ libaslı iki adam qar dolu qızıl bir ləyənləyanıma gəldi. Məni tutub köksümü yardılar.
Peyğəmbər yaşına çatana qədərOnun gəlişindənqabağa düşdü
Стихи других поэтов · О родине
I**Bir ərəb sarayıdır, qapılar oyma-oyma,
Gözün aydınMərhum jurnalist-yazıçı, kövrək qəlbli, istəkli ziyalımız hacağa Cümşüdlü bu günlərimizi - Azərbaycanın istiqlalını, müstəqilliyini yana-yana arzulayan nadir şəxsiyyətlərdən biri idi.*O, yazmışdı:*
Öləndə bir daşa çevirin məniÖləndə bir daşa çevirin məni –Vətən torpağında bozca bir daşı.
VarÜrəyimiz çiçəklənir,Elin əcəb cəlalı var.