Gələcəyəm
Gələcəyəm, gözlə məni,harda olsam gələcəyəm,Qohum kimi, qonşu kimi,qardaş kimi gözlə məni.
Bir-bir yada salacağam,nələr olub, nələr keçib,Ömür kimi, tarix kimi,yaddaş kimi gözlə məni.
Sən özünü məndən ayrınə yetim bil, nə arxasız,Arxa kimi, dayaq kimisirdaş kimi gözlə məni.
Həyatına gələmməsəmölümünə gələcəyəm,Məzarının başındakıbir daş kimi gözlə məni.
2007, 9 sentyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-geleceyem
Клавиши ← → для перехода, R — случайное стихотворение