Yaradanı görürəm
Nə vaxt səni görürəm –Arısı, kəpənəyi,Çiçəklərlə öpüşənGöy çəməni görürəm.
Nə vaxt səni görürəm –Ətri dünyanı tutan,Qızılgülü, nərgizi,Yasəməni görürəm.
Nə vaxt səni görürəm –Qəlbimdə misralanıb,Sətir-sətir olursan.Ruhumda, varlığımda,Allahın yaratdığıƏn xoş ətir olursan.
Nə vaxt səni görürəm –Ömür üçün ayrılan,Yüz ilə az deyirəm.Dərin dənizlərə də,Eşqimizin yanında,Baxıb, dayaz deyirəm.
Nə vaxt səni görürəm –Qaynar baxışlarında,Hər dənizi, dalğanı,Hər adanı görürəm.Dərk edirəm Allahı,Yaratdığına baxıb,Yaradanı görürəm.2001, 22 mart
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-yaradani-gorurem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Qabağı yazdır çillənin,Ömrü azdır çillənin.
Səs“Ağacı qurd içindən yeyər...”*Atalar sözü*
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdəCəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.