Bir dünya sevginin ilki, mayası,Bir sağlam toxumdan, bir dəndən gələr.Arının vətəni güldü, çiçəkdi,Bülbülün cəhcəhi çəməndən gələr.

Sevgi gah istidi, gah da ki, sərin,Kimiyə dayazdı, kimiyə dərin.Eşqin dastanına çevrilənlərin,Sorağı Bağdaddan, Yəməndən gələr.

Ürək yarpaq kimi asılar dardan,Düşərsən uzağa anadan, yardan.Bəd xəbər həmişə qürbət diyardan,Şad xəbər həmişə Vətəndən gələr.

2011, mayAlmaniya, Hannover

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви