Gəlib
Üzdən ağladığım yadıma gəlmir,Ağlasam, göz yaşım ürəkdən gəlib.Sevgim də, sözüm də, məhəbbətim də,Nə varsa beşikdən, bələkdən gəlib.
Gah sola boylandım, gah da ki, sağa,Yeridim başıma qar yağa-yağa.Qalxa bilmişəmsə uca bir dağa,Bu, təmiz arzudan, diləkdən gəlib.
Varlığım titrəyər, ürəyim əsər,Qəmli söz qəlbimi doğrayar, kəsər.Qəriblər dilində saldığım əsər,Durnanın saldığı lələkdən gəlib.
Ancaq özümündü itən sözlərim,Haqqındı göyərib bitən sözlərim.Yerin qulağına çatan sözlərim,Göyün üzündəki lələkdən gəlib.
Sazla havalıyam, sözlə diriyəm,Sevəndə bildim ki, eşqin piriyəm.Xəstə Qasımların mən də biriyəm,Mənə bu xəstəlik fələkdən gəlib.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-gelib
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qonaq gəlib dağlara, sazlı-sözlü, qələmli,Sevincindən kövrəlib baxır gözləri nəmli.
Oxu təbiətin nəğmələriniƏtirli bahar ol, çiçəkli yaz ol,Dillənən kaman ol, tellənən saz ol.
Təbiət Allahın şah əsəridiYenə təbiətlə üz-üzəyəm mən,Döş-döşə, baş-başa, göz-gözəyəm mən.
DanışıramÖz-özümlə danışmaqdan yorulanda,Öz içimə çəkilməkdən yorulanda,
Стихи других поэтов · О любви
Məni yardan ayırdılar,Sənə olsun xəbər, xanım
Naz etEy rəhmli canan, elemə ülfəte adət,Nazınla vüqarın verər ətvarına zinət,
Zavallı könlümXərababadi-qəmdir eşq ilə e'mar olan könlüm,Yanır sevdayi-canan ilə atəşzar olan könlüm.
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,