Bu görüşdə iştirak edənlərin hər biri bir canlı tarixidi, Vətənin, həsrətin, qürbətin, sürgünün tarixi. Dənizinsanı öz dibinə çəkib apardığı kimi, burda gedən söh -bətlər də hər bir kəsi geriyə doğru – o ağrılı-acılı xati -rələrə, o qanlı-qadalı illərə aparıb çıxarırdı.Söhbətin lap üzüntülü bir yerində ağsaçlı, sarıbənizli,ortaboylu, nurlu simalı bir kişi də ayağa durdu.

“Ay oğul, mən də Gəncədənəm, Rəfibəylilərdənəm.Ələkbər bəyin, Xudadat bəyin nəslindən. Rus bolşevik -lərinin, erməni daşnaklarının fitvası, şəri, böhtanıylaRusiyaya, Türkiyəyə, İrana, Orta Asiya çöllərinə səpə -lənən, pərən-pərən olan nəslimizin bir qolu da gəlibbura – Qırğızıstan çöllərinə çıxıb. Mən o nəsil şəcə -rəsinin bir nümayəndəsiyəm. Burda həkim işləyirəm”,– deyib özünü təqdim elədi.Qədim Gəncə... Ömrü boyu gözü odlar görmüş, zəl -zələlər, vəlvələlər, tufanlar, savaşlar, yanğınlar, talanlargörmüş, adı dəfələrlə dəyişdirilən, qapısını yadlar aparan,Nizami təfəkkürlü, Cavad xan qeyrətli, Ələkbər bəyünvanlı müqəddəs şəhər. Tarixdə başına çox faciələr gəlsədə, ən böyük faciəni XX əsrin əvvəllərində yaşa mısan.Xanlara, bəylərə, kişilərə, şəxsiyyətlərə qan ağla dan qanlıbir rejimin qurbanına çevrilmisən. Bu quduz laşmış reji -min qanlı pəncəsi bu nəslin neçə kişisini yaraladı.

Əsir zəmanənin soyuq yelləri,Üşüyür, sızlayır ruhu Gəncənin.Yoxdu rahatlığı Ələkbər bəyin,Odur xilaskarı, Nuhu Gəncənin.

Allahdan səs çıxmır, Allah amandı,Qədim bir şəhərin halı yamandı.Kəpəzin başından qalxan dumandı,Yoxsa tüstülənir ahı Gəncənin?

Ölüm küləkləri əsdikcə əsir,Zamanın şaxtası qılınctək kəsir.Sədaqət girovdu, cəsarət əsir,Bu gün fəlakətdi şahı Gəncənin.

Gəncə ən ağır günlərini yaşayırdı. Nuhun gəmisikimi tufanlardan onu sağ-salamat çıxarmaq istəyən birkişi vardı: Ələkbər bəy Rəfibəyli. “Vətən atası!” Xalqbu adı ona qəlbinin səsi, könlünün arzusu ilə vermişdi.Onun vaxtsız ölümü, Xudadat bəyin ermənilər tərə -findən güllələnməsi bu nəslə dalbadal zərbələr vurmaqistəyən düşmənlərə geniş fürsət verdi. Bu nəslin qaragünü belə başladı.

Ölümlər, itimlər belini əydi,Tapdadı nahaqlar, tapdandı haqlar.Gəncənin atası nədən biləydiNəslini gözündən batıracaqlar.

Nələri görmədi bu nəsil, Allah,Çarmıx da, zindan da, edam da gördü.Dırnağı çəkilən, dili doğranan,Dərisi soyulan adam da gördü.

Buydu hökmdarın, taxtın tələbi,Bəysənsə bəyliyin əldən gedirdi,Xansansa xanlığın əldən gedirdi.Tək bircə gecənin işgəncəsindəBütün cavanlığın əldən gedirdi.

Xalqın doğmasını, xalqın dostunu,Xalqın düşməninə çevirirdilər.Ölüm dəyirmanı işə düşürdü,İnsanı dəninə çevirirdilər.

Sürgünə bir evi, beş evi deyil,Bütün bir mahalı götürürdülər.Bir nəslin gözünü çıxarmaq üçünƏvvəl ağsaqqalı götürürdülər.

Ocaq keçirənlər, od söndürənlər,Tüstüsüz qoyurdu bacaları da.

Dilsiz körpələr də sürgün görürdü,Elin səksən yaşlı qocaları da.

Hər gün saç yolurdu yazıq analar,Hər gün çırpılırdı əllər dizlərə.Oğullar nahaqdan güdaza gedir,Atasını satan şərəfsizlərə.

Qara libas geymiş qara dövranınDərdli ürəklərdə qanlı yası var.Harda Rəfibəyli güllələnibsə,Harda Rəfibəyli sürgünü varsa,Altında erməni familyası var.Rəfibəyliləri nəm divar kimi,Gah yağış çəkirmiş, gah qar çəkirmiş.Bu nəslin ən ağır şöhrət yükünüAdı Suğra olan Nigar1 çəkirmiş.

Danışır bir nəslin həkim övladı,Narahat danışır, gərgin danışır.Onun gözlərində, baxışlarındaSürgün dilə gəlir, sürgün danışır.Vətənlə dil tapıb danışa bilmir,Qürbətlə dil tapıb hər gün danışır.

Dil dedim, ağzımda dilim göynədi,Gör nə günə salıb dilimi qürbət.Bir təmiz danışan tapa bilmədim,Dilin ən amansız ölümü – qürbət.Üç dildən söz alır bir cümlə bəzən,Bilmirsən danışan qırğızdı, rusdu.Dil yazıq neyləsin, nədir günahı,Dili zaman-zaman duru saxlayanVətəndi, millətdi, eldi, ulusdu.Ey qürbət ellərdə qərib olanlar,Hanı Vaqif dili, Ələsgər dili?

Hanı saz havası yurd yerlərinin,Necə unutdunuz bal-şəkər dili?Dil öz saflığını itirən günüQafalar qarışır, fikir dolaşır.Qoruya bilməsə öz qürurunu,Millət öz boynunu bükür dolaşır.Düşmənin məkrli hiyləsinə bax,Sürgünə kim gedib – Xanxoyskilər!Sürgünə kim gedib – Şıxlinskilər!Sürgünə kim gedib – Kərimbəylilər!Sürgünə kim gedib – Rəfibəylilər!Biri Qarabağdan, biri Qazaxdan,Biri Xoydan gedib, biri Gəncədən.Ən böyük əzabı məmləkət çəkibMillətə verilən bu işgəncədən.Kimlər çox sevibsə Azərbaycanı –Dərdi olanlara dərman veribsə,Kimlər elm öyrədib, savad veribsə,Nur səpib gəncliyin arzularınaKimlər uçmaq üçün qanad veribsə,Onları güdaza verib siyasət,Onları güdaza verib rəzalət.İblis libasında, şeytan donundaOnlara tuşlanıb böhtan, xəyanət!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине