Min bir gülə qonmasan,pətək olmaz, bal olmaz,Özün qayğı çəkməsən,qazancın halal olmaz.Barama sarımasa,tut yarpağı şal olmaz,Necə arısan ki, sənşehi, gülü, yarpağı,çəməni duymayasan?

Dağ kəlinin dizləriharda zora düşəcək,Hansı ocaqda yanıb,harda qara düşəcək,Ceyran harda dolaşıb,harda tora düşəcək? —Necə ovçusan ki, sənaşırımı, gədiyi,bələni duymayasan?

Hər sevənin canındasevgi adlı din gərək,Allaha tapınanıneşqi bizə min gərək.Gözlərin gördüyünükönüllər sevsin gərək, —Necə ürəksən ki, sənruhu, gözü, nəfəsi,bədəni duymayasan?

Səngərə əsgər gərək,əsgərə silah gərək,Yurda keşik çəkən kəshər şeydən agah gərək.Əbədi səcdə üçünulu bir dərgah gərək, —Necə oğulsan ki, sənhər qarışı müqəddəsVətəni duymayasan?

Hansı düzdən boylanıb,hansı dağa can atdım,Harda sındı ürəyim,harda ürəyə yatdım,Nə dedim, niyə dedim,necə yazdım-yaratdım? —Gərək daş olasan ki,Zəlimxan deyiləndəSən məni duymayasan.

2005, avqust

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов