Göstər
Qardaş, yeriyəndə əymə qəddini,Boylar sırasında boyunu göstər.“Ürək genişliyi nədir?” – desələr,Bu yurdun yerini, göyünü göstər.
Bu xalqın zilini endirmə pəsə,Səs ver Xətaidən gələn bir səsə.Kim səni arxadan vurmaq istəsə,Sən ona əlinin suyunu göstər.
Onsuz da içimdə bir həsrət mələr,Dərdim dilə gəlsə, dağları dələr.“Nisgilin, hicranın varmı?” – desələr,Araztək açılmaz düyünü göstər.
Odlar torpağında sönməsin işıq,Odsuz bir diyarda qarlı bir qışıq.Kənarda dayanıb çox aldanmışıq,Meydanda kökünü, soyunu göstər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-goster
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О разлуке
Mədinə Gülgünə*Bəlkə röyada idi...
Tərəhhəm li, təkəlləm, ya ğəzaləTərəhhəm li, təkəlləm, ya ğəzalə,Ucaltma çərxə buncə ahü nalə.
Pəriyi-vicdanDüxtəri-napakdamən sanmayın hürriyyəti,Hər kəs olmaz rahyabi-hicləgahi-vüsləti.
Ola bilsəm!Qoca bir dükançının bulvarda çayxanada xidmət edən gənc bir rus qızına məktubu*Şadəm gecələr çayına mehman ola bilsəm,