Göyçədə
Könlüm söz eşqinə yaşıl tağ atdı,Köküm Borçalıda, özüm Göyçədə.Sinəmdə bir sönməz ocaq çatmışam,Odum Borçalıda, közüm Göyçədə.
Bu ellər Lələdi, mən də bir Kərəm,Gərək arzuların barını dərəm.Yüz il təbiətdən ömür istərəm,Qoşum Borçalıda, düzüm Göyçədə.
Nə qələmi oldu, nə mürəkkəbi,Yetişdi Ələsgər, yarandı Nəbi.Göylərə qaldırdı ilhamı, təbi,Sazım Borçalıda, sözüm Göyçədə.
Zəlimxan, sözümdən ayrılammaram,Odumdan, közümdən ayrılammaram,Canımdan, gözümdən ayrılammaram,Odum Borçalıda, közüm Göyçədə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-goycede
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Qul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
Rəhmə gəl, eyləmə bu könlümü viran, qara gözRəhmə gəl, eyləmə bu könlümü viran, qara göz,Qorx xudadan, bu qədər eyləmə tüğyan, qara göz,
Yeddi tuman, yeddisi də zəncirəYeddi tuman, yeddisi də zəncirə,Qorxum budu dal qapıdan xan girə.
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.