Qoşalaşdırıb
Yaradan heç nəyi tək yaratmayıb,Çəməni bulaqla qoşalaşdırıb.İlhamı şeirlə, ürəyi sözlə,Nəğməni dodaqla qoşalaşdırıb.
Yerləşmir otağa, sığışmır evə,Baxırsan, saçları qapqara şəvə.Babanın yanında darıxmır nəvə,Qocanı uşaqla qoşalaşdırıb.
Dünyanın hesabı yazılmalıymış,Sevinci, əzabı yazılmalıymış,Tarixin kitabı yazılmalıymış,Qələmi varaqla qoşalaşdırıb.
Həyata can verib qəlbin səsləri,Dünya unutmayıb duyan kəsləri.Ürəkdə yaşayan müqəddəsləriAlışan ocaqla qoşalaşdırıb.
Zəlimxan, yurdundu bu doğma diyar,Burda beşiyin də, məzarın da var.Təbiət özüdür böyük sənətkar,İnsanı torpaqla qoşalaşdırıb.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-qosalasdirib
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Gözün açıb bu dünyaya gül olan,Demə ki, nə yaxşı xoş səfası var.
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?
MəsləhətMəşədi Sijimquluya cavab**Sijimqulu, eyləmisən məsləhət,
Yetməz tamamə zülfi-siyahın hekayətiYetməz tamamə zülfi-siyahın hekayəti,Bir qissədir uzun, onun yox nihayəti.