Məni, solmuş talelərinSaralmış rəngi qorxudur.Xəbərin qara gələni,Gecənin zəngi qorxudur.

Allahı yox “allah”ların,Evlər yıxan silahların,Məni vəhşi tamahlarınŞiri, pələngi qorxudur.

Yavaş-yavaş əyir məni,Dən-dən udub yeyir məni.Zamanın tərs dəyirmanı,Vaxtın ahəngi qorxudur.

2000, 3 mart

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви