Gözəllik duyulan yerdə
Çirkin dönüb göyçək olar,Qanqal dönüb çiçək olar,İnsan dönüb mələk olar,Gözəllik duyulan yerdə.
Qış gəlib yaza çevrilər,Kötüklər saza çevrilər.Qarılar qıza çevrilər,Gözəllik duyulan yerdə.
Ümid coşar, həsrət ölər,Yamanlığa dəvət ölər.Kin susar, ədavət ölər,Gözəllik duyulan yerdə.
Könül sevər, göz vurular,Bulanlıq sular durular.Dünya saflıqdan qurular,Gözəllik duyulan yerdə.
Əridərik qəzəbləri,Unudarıq əzabları,Qazanarıq savabları,Gözəllik duyulan yerdə.
Nə suç, nə də tamah olar,Nə zor, nə də silah olar,Şair dönüb Allah olar,Gözəllik duyulan yerdə.
Cenevrə
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-gozellik-duyulan-yerde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
GedirəmNə müddətdi cəlay-vətən olmuşam,Baş götürüb Gəncə deyib gedirəm.
Yaxşidür (Qadir məvləm...)Qadir məvləm qələmində buyurmişPis dünyayi gözdən atsan yaxşidur.
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.