Çiçəkli
Hayana boylanıb, hayana baxsan,Yer çiçək, göy çiçək, təbiət çiçək.Çiçəkdən doğular sevən-sevilən,Qız-oğlan çiçəkdi, məhəbbət çiçək.
İstisi, işığı, odu çiçəkdi,Tamı, şirinliyi, dadı çiçəkdi,Burda həqiqətin adı çiçəkdi,Çiçək həqiqətdi, həqiqət çiçək.
Havası çiçəkdi, suyu çiçəkdi,Bayramı çiçəkdi, toyu çiçəkdi.Məst ol, qucağında uyu, çiçəkdi,Təmizlik çiçəkdi, təravət çiçək.
Yatıram, yuxumda çiçək görürəm,Qalxıram, duyğumda çiçək görürəm.Hər tumda, toxumda çiçək görürəm,Nəzakət çiçəkdi, ləyaqət çiçək.
İlahi sevgi var torpağa, yurda,Çöllər cilvələnir işıqda, nurda.Allahın özü də şairdi burda,Söz bir gülüstandı, şeiriyyət çiçək.
Cenevrə
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-cicekli
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bac verməz sultana, baş əyməz şaha,Sevinci son qoyar amana, aha.
Bahar oldu, bahar olduDağ döşündə qar əridi, suya döndü, düzə çıxdı,Bənövşələr baş qaldırdı, torpaq altdan üzə çıxdı.
CavanlıqCavanlıq qüvvətdi,cürətdi, sürətdi.
Anam ağlayandaDedim, qəmsiz insan yoxdu dünyada,İnsan bir bu qədər ağlamaz, ana!
Стихи других поэтов · О божественной любви
Əlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
Bu diyari-Kərbəla, bu sən, xudahafiz, HüseynBu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
YaratdıHaq-taala könlündə fikir eylədi,Əzəl başdan bu dünyanı yaratdı.