Oyan, sabahdı
Dadmısan sevincdən kədərə qədər,Yatmısan axşamdan səhərə qədər.Onsuz da yatmaq var məhşərə qədər,Ömrü yuxulara vermək günahdı,Oyan, sabahdı!
Baxma dan yerinə mürgülü gözlə,Qarış təbiətə nəğməylə, sözlə.Vaxt səni gözləmir, sən vaxtı gözlə,Hədər keçən günlər ağrıdı, ahdı,Oyan, sabahdı!
Çiçəklər danışır çiçək diliylə,Böcəklər danışır böcək diliylə.Danış təbiətin gerçək diliylə,Gözəllik həmişə şah oğlu şahdı,Oyan, sabahdı!
2000, 16 sentyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-oyan-sabahdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Böyüyün, çocuqlarım, açılın çiçək kimi,Gülün mənim ömrümə gözəl gələcək kimi.
GözəlimEy nəzakət çəməni içrə xüraman, gözəlim!Xubilik kişvərinin təxtinə sultan, gözəlim!
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigarÖvzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,