Qəlbinə qan damanların üzləri gülməz,Axşamları, gecələri, gündüzləri gülməz.

Ovçuya ov, qurda quzu, yemsizə yem olanların,Güləni tək-tək olar, minləri, yüzləri gülməz.

Heç kəsin torpağı inləməsin kafər əlində,Dağları dağ-dağ olan xalqın düzləri gülməz.

Siyasətin, xəyanətin qurbanı olan kəslər,Özgələri güldürər üstünə, özləri gülməz.

İllər boyu içərisi çürüyən kimsələrin,Kirpikləri qan-yaş tökər, gözləri gülməz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине