Bir nihilistə
Gündüzə gecə de, səhərə axşam,Nurlu dan yerini dan, inkar eylə.Geniş üfüqlərə qoz qabığı de,Yeri də, göyü də, bizə dar eylə.
Böyüyə iblis de, kiçiyə şeytan,İblislər içində mələyi görmə.Ölümlə ticarət sevdasına gir,Kəfəni görsən də, mələyi görmə.
Qızıl günəşə də qara bulud de,Qaradan danışmaq adətin oldu.Yaman danışmağın kamil ustası,Yaxşı danışmağın çox çətin oldu.
Dilinin əzbəri şər ilə böhtan,Yaxşını görməyə gözün kor olub.Ancaq unutma ki, hər şeyi danan,Axırda həmişə gorbagor olub.
Təkcə qanqal deyil torpaqda bitən,Qanqalın yanında gül də var, axı.Çınqıllar içində, daşlar dibində,Yamyaşıl məxmərdən tül də var, axı.
Bir qanmaz olsa da, minbir qanan var,Bilənlər bilir ki, sən şər oğlusan.İnana bilmirəm ata-anan var,İnana bilmirəm bəşər oğlusan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-bir-nihiliste
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
Qəzəl: Köksümdə könül işrəti peykanın üçündürKöksümdə könül işrəti peykanın üçündür,Cismimdə bu can ülfəti qurbanın üçündür
Nə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeydaDüşdüm genə meyxanədə xoşhənglər içrə,Gördüm genə bir rəng ilə gülrənglər içrə.
GərəkQarayola getmək çətin,Ona qara qəm gərək.