Min bir yerdən yarğan açdı,Torpağa hopan ildırım.Yardı yerin sinəsini,Buluddan qopan ildırım.

Yaxınları araladı,Bütövləri paraladı.Neçə palıd yaraladı,Qayadan sapan ildırım.

Gecə ötdü, dan oxudu,Havası qan-qan oxudu.Dağlara meydan oxudu,Daşları çapan ildırım.

Canımda bir qorxulu ah,Açılmaq bilmir sabah.Heç kəsi vurmasın, Allah,Şairi tapan ildırım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов